“Qalatasaray” “Trabzonspor”u məğlub etdi
6
22:45 - 10 May 2025

Türkiyə Superliqasında 35-ci turun növbəti oyunu keçirilib.
TNS xəbər verir ki, “Trabzonspor” doğma meydanda “Qalatasaray” ilə qarşılaşıb.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İstanbul təmsilçisinin qollarını Abdulkerim Bardakçı və Alvaro Morata vurub.
Bu nəticədən sonra xallarını 86-ya çatdıran “Qalatasaray” turnir cədvəlinin lideridir. Meydan sahibləri isə 46 xalla səkkizinci yerdədir.