PSJ Çempionlar Liqasının finalında!

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
TNS xəbər verir ki, 2-ci cavab matçı ilə sonuncu yarımfinalçı da müəyyənləşib.
PSJ 1 həftə əvvəl məğlub etdiyi "Arsenal"la “Park de Prens”də qarşılaşıb. Görüş Paris təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Luis Enrikenin komandası ümumilikdə 3:1 hesabı ilə üstün olaraq finala adlayıb.
Fransa klubu həlledici oyunda İtaliya "İnter"i ilə üz-üzə gələcək.
Qeyd edək ki, final matçı mayın 31-də Münhendə keçiriləcək.
7 may
23:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə) - 2:1
Qollar: Ruiz, 27, Hakimi, 72 - Saka, 76
Hakimlər: Feliks Zvayer, Robert Kampter, Kristian Diç, Harm Osmers (Almaniya)
VAR: Bastian Dankert (Almaniya)
AVAR: Benjamin Brand (Almaniya
“Park de Prens”.
İlk oyun - 1:0
6 may
"İnter" (İtaliya) - "Barselona" (İspaniya) - 4:3
İlk oyun - 3:3
FİNAL
31 may
23:00. PSJ (Fransa) - "İnter" (İtaliya)
"Allianz Arena", Münhen.