Rəqibə tüpürdüyünü etiraf etdi

Ötən gecə Çempionlar Liqasının yarımfinalının cavab oyunları çərçivəsində "Barselona"nın müdafiəçisi İniqo Martinezlə "İnter"in futbolçusu Françesko Acerbi arasında münaqişə yaranıb.
TNS xəbər verir ki, İtaliya klubu 2:0 hesabı ilə öndə olarkən Açerbi İniqoya tərəf qışqırıb.
Martinez isə Françeskoya tərəf çevrilib və ona tüpürüb.
Görüşdən sonra Kataloniya təmsilçisinin futbolçusu bu haqda açıqlama verib. O, rəqibinin kürəyinə tüpürdüyünü təsdiqləyib.
"O, hesab 2:0 olanda bayram edirdi, düz qulağıma qışqırdı. Bu, mənim üçün lazımsız reaksiya idi. Tüpürdüm, amma tüpürcək cək onun bir metrliyindən keçdi. Əgər belə olmasaydı, hakim məni meydandan qovardı".