"Qarabağ"ın məşqçisi cəzalandırıldı

AFFA "Qarabağ"ın U-10 liqasında mübarizə aparan komandasını cəzalandırıb.
TNS xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.
Qərarda bildirilib ki, 4 may 2025-ci il tarixində AFFA U-10 Liqasında keçirilən "Azərbaycan Qartalları" – "Qarabağ" oyunu bitdikdən sonra "Qarabağ"ın baş məşqçisi Şöhrət Yusifov hakimə kəskin formada etiraz etdiyinə, qeyri-etik ifadələrə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyun cəzalansın (maddə 43.4).
Həmçinin sözügedən matç bitdikdən sonra "Qarabağ"ın azarkeşləri hakimlərin ünvanına təhqiredici ifadələr səsləndirildiyinə görə komandaya xəbərdarlıq edilsin.
Qeyd edək ki, Ş.Yusifov ötən ilin yayından bu vəzifədə çalışır.