Ronaldonun rekordunu təkrarladı

"Barselona"nın cinah oyunçusu Rafinya portuqaliyalı məşhur futbolçu Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.
TNS xəbər verir ki, o, bunu ötən gecə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçları çərçivəsində "İnter"lə görüşdə (3:4, ilk oyun - 3:3) fərqlənməklə bacarıb.
Rafinya turnirin cari mövsümündəki məhsuldar hərəkətlərinin sayını 21-ə çatdırıb (13 qol, 8 qol ötürməsi). Nəticədə o, "Real", "Sportinq", "Yuventus" və "Mançester Yunayted"in sabiq futbolçusu, hazırda "Əl-Nəsr"in formasını geyinən Kriştiano Ronaldonun rekoduna (17 qol, 4 qol ötürməsi) şərik çıxıb.
Bunun üçün Rafinyaya 14, Ronaldoya isə 11 oyun lazım olub.