PSJ-mi, yoxsa “Arsenal”mı?

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.
TNS xəbər verir ki, 2-ci cavab matçı ilə sonuncu yarımfinalçı da müəyyənləşəcək.
PSJ evdə 1 həftə əvvəl məğlub etdiyi "Arsenal"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cütün qaibi finalda "İnter"ə rəqib olacaq.
Qeyd edək ki, final matçı mayın 31-də Münhendə keçiriləcək.
7 may
23:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə)
Hakimlər: Feliks Zvayer, Robert Kampter, Kristian Diç, Harm Osmers (Almaniya)
VAR: Bastian Dankert (Almaniya)
AVAR: Benjamin Brand (Almaniya
İlk oyun - 1:0
6 may
"İnter" (İtaliya) - "Barselona" (İspaniya) - 4:3
İlk oyun - 3:3