Close

Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.

TNS xəbər verir ki, yarımfinalın cavab oyunları çərçivəsində bir görüş keçiriləcək.

Milan "İnter"i öz meydanında "Barselona" ilə qarşılaşacaq. İspaniyada keçirilən ilk görüşdə 3:3 hesabı qeydə alındığından komandaların şanslarını bərabər qiymətləndirmək olar. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinalın digər cavab matçı sabah keçiriləcək. PSJ səfərdə qalib gəldiyi (1:0) "Arsenal"ı qəbul edəcək. 

6 may

Çempionlar Liqası

Yarımfinalın cavab oyunları

23:00. "İnter" (İtaliya) - "Barselona" (İspaniya)

Hakimlər: Simon Marçinyak, Tomas Listkeviç, Adam Kupsik, Pavel Raçkovskiy (Polşa)

VAR: Dennis Hiqler (Niderland)

AVAR: Pol van Bokel (Niderland)

Milan. "Cüzeppe Meeazza"

İlk oyun - 3:3

7 may

23:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə)

İlk oyun - 1:0