Close

"Barselona" "Valyadolid" üzərində çətin qələbə qazandı

İspaniya La Liqasının 34-cü turun lider "Barselona" klubu "Valyadolid"in qonağı olib.

TNS xəbər verir ki, oyun 1:2 hesabı ilə katalonların xeyrinə yekunlaşıb.

Hesabı altıncı dəqiqədə meydan sahibləri açıblar. Qonaqlar yalnız 54-cü dəqiqədə Rafinyanın sayəsində hesabı bərabərləşdirə biliblər. Kataloniyalılar 61-ci dəqiqədə Fermin Lopez Martinin vurduğu qol sayəsində qələbə qazanıblar.

"Barselona" 79 xal toplayaraq çempionluğa doğru daha bir addım atıb. "Valyadolid" 16 xalla sonuncu pillədə qərarlaşıb.