Təbriz təmilçisi “Traktor” ilk dəfə İran çempionu olub
10
22:16 - 02 May 2025

Futbol üzrə İran çempionatında çempionun adına aydınlıq gəlib.
TNS xəbər verir ki, Təbriz təmilçisi “Traktor” ilk dəfə İran çempionatının qalibi olub.
XXVIII tur çərçivəsində "Şəms Azər"lə qarşılaşan komanda rəqibini 4 cavabsız qolla məğlub etməyi bacarıb.
Bu qələbə nəticəsində xallarının sayını 64-ə çatdıran "qırmızı qurdlar" ən yaxın izləyicisi "Sepahan"ı 8 xal qabaqlayaraq sona 2 tur qalmış çempionluqlarını rəsmiləşdiriblər.