Close

Azərbaycan güləşçiləri üçün növbəti seminar keçirilib - VİDEO

Azərbaycan Güləş Federasiyası (AGF) güləşçilər üçün növbəti seminar keçirib.

AGF-nin mətbuat xidmətindən TNS-ə verilən məlumata görə, “böhran vəziyyətində kommunikasiyanın təşkili” mövzusunda gerçəkləşən seminarda məruzəçi Ülkər Nəbiyeva böhran vəziyyətləri, böhranın səbəbləri və nəticələri, böhranın idarə edilməsi strategiyasının hazırlanması ilə bağlı məlumatları real nümunələr əsasında diqqətə çatdırıb.

Tədbirdə güləşçilərin sualları cavablandırılıb və seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. Seminarın son mərhələsində güləşçilərlə mövzu ilə əlaqədar praktiki iş aparılıb.

Qeyd edək ki, AGF güləşçilər və məşqçilərlə gələcəkdə də belə maarifləndirici seminarların təşkilini planlaşdırır.