Close

“Arsenal” PSJ-yə qarşı - ÇL-də yarımfinal

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə start veriləcək.

TNS xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçiriləcək.

Fransanın PSJ klubu İngiltərədə “Arsenal”ın qonağı olacaq.

Komandalar arasında cavab matçı isə mayın 5-də Parisdə keçiriləcək.

29 aprel

UEFA Çempionlar Liqası

Yarımfinal, ilk oyunlar

23:00. “Arsenal” (İngiltərə) - PSJ (Fransa)

30 aprel

23:00. "Barselona" (İspaniya) - "İnter" (İtaliya)