“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu olub

Misli Premyer Liqasında XXXII tur davam edir.
TNS xəbər verir ki, turun mərkəzi görüşü Masazırda baş tutub.
“Qarabağ” səfərdə “Sabah”la qarşılaşıb.
Tərəflər matçdan hərəyə 1 qol, 1 xalla ayrılıblar. Bununla da, "Qarabağ" 12-ci dəfə Azərbaycan çempionu olub.
21:38
Azərbaycan Premyer Liqasında 32-ci turun oyunları davam edir.
TNS xəbər verir ki, bu gün daha iki matç keçiriləcək.
Əvvəlcə Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Səbail” “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Beləliklə, "Səbail" turnir cədvəlində 21 xalla sonuncu – 10-cu yerdə, "Araz-Naxçıvan" isə 54 xalla 3-cü yerdə qərarlaşıb.
Turun mərkəzi görüşü isə Masazırdadır. Burada “Qarabağ” səfərdə “Sabah”ın qonağıdır. Ağdam klubu bu matçda 1 xal qazansa belə, sona 4 tur qalmış 12-ci çempionluğunu rəsmiləşdirəcək. Çünki hazırda "Qarabağ"ın 76, ən yaxın izləyicisi "Zirə"nin isə 64 xalı var.
27 aprel
20:00. “Sabah” – “Qarabağ” - 0:1 (İkinci hissə)
Qol: Redon Cica, 42 - pen.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Bank Respublika Arena.
17:30. “Səbail” – “Araz-Naxçıvan” - 1:1
Qollar: Ülvi İsgəndərov, 30 (0:1), Marko Nikoliç, 76 (1:1)
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Namik HüseynovASCO Arena.