"Fənərbağça"dan möhtəşəm geridönüş
3
22:51 - 26 Aprel 2025

Türkiyə Superliqasında XXXIII turun növbəti oyunu keçirilib.
TNS xəbər verir ki, “Fənərbağça” səfərdə “Qaziantep”in qonağı olub. Gərgin və maraqlı keçən görüş İstanbul nəhənginin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı meydan sahibləri açsa da, “sarı lacivərdlilər” üç top vuraraq qələbə qazanıb.
Bu nəticədən sonra xallarını 75-ə çatdıran “Fənərbağça” ikinci pillədə qərarlaşıb.