Mədət Quliyev istefa verib
20
11:06 - 24 Aprel 2025

Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev postundan ayrılıb.
TNS xəbər verir ki,bu barədə AZƏRTAC-a qurumun baş katibi Elnarə Musayeva məlumat verib. Onun sözlərinə görə, M. Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işləri ilə əlaqədar bu qərarı verib.
Elnarə Musayeva yaxın günlərdə federasiya prezidentliyi üçün yeni seçkilərin olacağını söyləyib.
Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından bu vəzifəni yerinə yetirirdi.