Cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı
17
19:00 - 23 Aprel 2025

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
TNS xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Təmsilçimiz üçüncü yer uğrunda görüşdə ispaniyalı Fransisko Qarriqosa qalib gəlib.
Bu, Azərbaycan cüdoçularının turnirdə qazandığı ilk mükafat olub.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.