Close

"Qarabağ"a uduzmağımız ağır durumdur

"Qarabağ"a 0:3 hesabı ilə uduzmağımız ağır durumdur.

TNS xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov komandasının "Qarabağ"la qarşı oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis oyunu belə şərh edib: "Bu gün Azərbaycan derbisinə şahidlik etdik. "Neftçi"nin qələbəsini gözləyən insanları başa düşürəm. "Qarabağ"a 0:3 hesabı ilə uduzmağımız ağır durumdur. Lakin bu, avrokuboklarda iştirak edə bilməyəcəyimiz anlamına gəlmir. Qarşılaşmaya pis başlamadıq. Lakin fərdi səhvlər ucbatından ardıcıl qollar buraxdıq. Fərqlənmək üçün şanslarımız olsa da, bunlardan yararlana bilmədik".

Qeyd edək ki, XXX turun görüşündə "Neftçi" səfərdə "Qarabağ"a 0:3 hesabı ilə uduzub.