Close

Futbol zamanı dava düşdü, tərəfdarlar hakimə hücum etdi

Türkiyədə futbol qarşılaşması zamanı dava düşüb.

TNS xəbər verir ki, 1-ci liqada "Ərzurumspor" - "İstanbulspor" komandaları qarşılaşıb. Oyunda qonaqlar 2:1 hesabı ilə qalib gəlib. Matçın son dəqiqələrində və sonrasında gərginlik yaşanıb. Polisin oyun meydançasına daxil olmaq məcburiyyətində qaldığı hadisələrə səbəb ev sahibi komandanın tərəfdarlarının hakimin ədalətsiz qərar verməkdə ittiahm etməsi səbəb olub.

Tərəfdarlar meydançada hakimə hücum etmək istəyib. Hadisə yerində olan polislər onlara müdaxilə edib, hakimi mühasirəyə alaraq, qoruyub. Hakim polislərin nəzarəti altında meydandan çıxarılıb.

Oyundan sonra dən sonra hər iki komandanın məşqçiləri qarşı tərəfi ittiham edib.