Mahir Emreli Almaniyada dubl etdi

Almaniya 2-ci Bundesliqasında 30-cu turun oyunları davam edir.
TNS xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” bu gün öz meydanında "Paderborn”la qarşılaşıb.
Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə bitib.
Ötən tur “Kayzerslautern”la görüşdə uzun müddətdən sonra start heyətə qayıdan və vacib qol vuran Mahir Emreli bu oyunda da ilk 11-likdə yer alıb və sona qədər meydanda olub.
O, 2-ci dəqiqədə hesabı açıb. Sonra isə Emreli matçın 90+3-cü dəqiqəsində ikinci qolunu vurub.
Rəqib komandanın qollarını 20-ci dəqiqədə T. Lasse Şeller, 49-cü dəqiqədə İ. Ansah və 77-ci dəqiqədə S. Mişel vurub.
Qeyd edək ki, Mahir Emreli bu mövsüm "Nürnberq"in heyətində 20 oyuna çıxaraq 7 qol vurub və 1 qolun ötürməsini edib.