Close

Məşhur futbolçu xəstəxanaya yerləşdirildi

"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.

TNS klubun rəsmi saytına istinadla xəbər verir ki, Superliqa nəhənginin yarımmüdafiəçisi Mert Hakan Yandaşın səhhətində problem yaranıb. 

İnfeksiya aşkarlanan 30 yaşlı türk futbolçu xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Mert Hakan Yandaş bu mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 27 matçda 1 qol vurub və 4 məhsuldar ötürmə iedib.