Close

Bu gün "Qarabağ" - "Neftçi" oyunu var

Azərbaycan Premyer Liqasının XXXI turunda bu gün "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək.

TNS xəbər verir ki, saat 20:00-da başlayacaq oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Matçı Elçin Məsiyev idarə edəcək. 

Cari mövsümün başa çatmasına 6 tur qalmış Ağdam təmsilçisi 73 xalla turnir cədvəlinə başçılıq edir. 35 xala malik "Neftçi" isə altıncıdır.

Günün daha bir oyununda isə "Sabah" "Səbail"lə qarşılaşacaq. "Bank Respublika Arena"da baş tutacaq görüş saat 17:30-da başlayacaq.

Turnir cədvəlində "Sabah" 36 xalla beşinci sırada yer alıb. "Səbail" isə 20 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

IV dövrə, XXXI tur

19 aprel

17:30. “Sabah” – “Səbail”

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.

VAR: Rəşad Əhmədov.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

"Bank Respublika Arena"

20:00. “Qarabağ” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.

VAR: Kamal Umudlu.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Ömər Paşayev.

Tofiq Bəhramov adına Respublika stadionu