Bu ölkə də Çempionlar Liqasında 5 komanda ilə təmsil olunacaq - FOTO

2025/26-cı illər mövsümündən La Liqadan Çempionlar Liqasında 5 komanda olacaq.
TNS xəbər verir ki, bu, UEFA-nın əmsallar cədvəlinin yenilənməsindən sonra məlum olub.
"Latsio"nun Avropa Liqasında çıxışını başa vurması ilə A Seriyasının bu mövsüm İspaniya çempionatını reytinqdə ötməyəcəyi rəsmiləşib. "Barselona", "Atletik" və "Betis"in uğurlu çıxışı fonunda La Liqa ikinci sırada möhkəmlənib. İtaliya Çempionlar Liqası və Konfrans Liqasında müvafiq olaraq "İnter" və "Fiorentina"nın iştirak etməsinə baxmayaraq, mövqeyini yaxşılaşdıra bilməyəcək.
Qeyd edək ki, reytinqə əsasən İngiltərə Premyer Liqası da növbəti mövsüm üçün Çempionlar Liqasında əlavə yer qazanıb.