Azərbaycanlı boksçu ağır cəzalandırıldı
12
14:16 - 17 Aprel 2025

Azərbaycan Milli Antidopinq Agentliyi Azərbaycan boksçusu Fərid Sadıqovu diskvalifikasiya edib.
TNS AMADA-nın rəsmi saytına istinadla xəbər verir ki, o, 48 ay müddətinə idmandan kənarlaşdırılıb.
Buna idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri, yaxud markerlərinin aşkarlanması səbəb olub.
F.Sadıqovun cəzasının müddəti 2028-ci il yanvarın 1-də başa çatacaq.