Ronaldonun rekordu qırıldı
11
12:44 - 17 Aprel 2025

"Real"ın futbolçusu Vinisius Junior yeni rekorda imza atıb.
TNS xəbər verir ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal”la cavab oyununda (1:2) qol vuran hücumçu "Real"ın tarixinə ən məhsuldar braziliyalı kimi düşüb.
O, Madrid klubunda bütün turnirlərdə 105-ci qolunu vurub. Vinisius bununla da 104 qol vuran həmyerlisi Ronaldonun rekordunu yeniləyib.
Qeyd edək ki, 2018-ci ildən "Real"da çıxış edən 24 yaşlı futboloçu bu mövsüm ümumilikdə 45 oyuna 20 qol vurub, 14 qol ötürməsi edib.