Close

23:50
16 Aprel 2025

"Gec-tez Azərbaycan dilini öyrənmək istəyirəm" - İlya Sadıqov

Rusiyanın “Ximki” klubunun Azərbaycanəsilli hücumçusu İlya Sadıqov Premyer Liqa təmsilçisinin rəsmi saytına müsahibə verib.

TNS xəbər verir ki, müsahibədə Sadıqova "Tarixi vətəniniz Azərbaycanla bağlılığınızı hiss edirsinizmi" sualı da ünvanlanıb.

O bildirib ki, öz kökündən uşaqlaşmaq olmaz: "Əlbəttə, Azərbaycanla bağlılıq hiss edirəm. Orada çox olmamışam, bəlkə də 2-3 dəfə. Amma öz kökündən uzaqlaşa bilmirsən. Mən yarı rus, yarı azərbaycanlıyam. Azərbaycan dilini bir az bilirəm, türkcəni də başa düşürəm, amma yaxşı danışmıram. Gec-tez Azərbaycan dilində öyrənmək istəyirəm".

Qeyd edək ki, İ. Sadıqov 2021-ci ildən “Ximki”də çıxış edir. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.