Close

Bu tur 4 oyunla başlayır

Bu gün Azərbaycan 2-ci liqasında 21-ci tur start götürəcək.

TNS xəbər verir ki, ilk gündə 4 oyun keçiriləcək.

Lider "Şahdağ Qusar" "Göygöl"ün qonağı olacaq. 2-ci yerdəki "Şəfa" "Haypers Quba" ilə qarşılaşacaq. "Şəki Siti" "Qusar"la üz-üzə gələcək. "Lerik" isə "Dinamo"nu qəbul edəcək.

Qeyd edək ki, “Şahdağ Qusar” və “Şəfa" artıq növbəti mövsüm üçün 1-ci liqaya vəsiqəni təmin ediblər.

15 aprel (çərşənbə axşamı)

16:30. “Göygöl” – “Şahdağ Qusar”

Göygöl OİK stadionu

16:30. “Haypers Quba” – “Şəfa”

Quba OİK stadionu

16:30. “Şəki Siti” – “Qusar”

Şəki şəhər stadionu

16:30. “Lerik” – “Dinamo”

Lənkəran OİK stadionu

16 aprel (çərşənbə)

16:30. “Füzuli” – “Ağdaş”

16:30. “Şəmkir” – “Kür-Araz”

16:30. “Araz Saatlı” – “Şimal”