Qolsuz heç-heçə ilə bitdi

Bu gün Azərbaycan Premyer Liqasında 30-cu tura yekun vurulacaq.
TNS xəbər verir ki, sonuncu oyun gününün ilk görüşündə “Kəpəz” Tovuzda “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirib.
Bu görüşdə qapılara qol vurulmayıb.
Digər oyunda isə iki paytaxt təmsilçisi – “Neftçi” ilə “Zirə” üz-üzə gələcək.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Səbail” “Qarabağ”a (1:4), “Sumqayıt” “Şamaxı”ya (1:2) uduzub. “Turan Tovuz” isə “Sabah”dan güclü olub – 2:1.
Azərbaycan Premyer Liqası
30-cu tur
13 aprel
“Kəpəz” – “Araz-Naxçıvan” 0:0
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev.
Tovuz şəhər stadionu, 17:00.