Baş məşqçi istefaya göndərildi
10
17:21 - 13 Aprel 2025

"Sevilya" baş məşqçisi Qarsia Pimyenta ilə yollarını ayırıb.
TNS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın uğursuz çıxışları klub rəhbərliyinin bu addımı atması ilə nəticələnib. La Liqanın 31-ci turunda "Valensiya"ya 0:1 hesablı məğlubiyyəti ardıcıl 4-cü olub.
Qeyd edək ki, 50 yaşlı mütəxəssis ötən ilin yayından "Sevilya"nı çalışdırırdı. Komanda 31 turdan sonra 36 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.