Formula 1-in seçmə mərhələsinin qalibi məlum oldu
10
22:53 - 12 Aprel 2025

“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Bəhreyn Qran-Prisinin seçmə mərhələsinin qalibi olub.
TNS xəbər verir ki, yarış Saxır avtodromunda keçirilib.
İkinci yeri “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel tutub. İlk üçlüyü “Ferrari” komandasının sürücüsü olan moneqasklı Çarlz Lekler tamamlayıb. İkinci təsnifat sessiyası zamanı “Haas” komandasının fransalı pilotu Esteban Okon qəzaya düşüb.