Dünyanın ən çox azarkeşi olan KLUBLARI

Dünyada ən çox azarkeşi olan klublar açıqlanıb.
TNS xəbər verir ki, bu barədə Almaniya Statistika İnstitutu məlumat yayıb.
Statistik göstəriciyə görə, 500 milyon azarkeşlə Real Madrid birinci yeri tutub. İkinci və üçüncü yerləri 450 milyon azarkeşlə Barselona və Mançester Yunayted komandaları bölüşüb. Dördüncü sırada Liverpul (400 milyon) qərarlaşıb. İlk beşliyi 300 milyon azarkeşlə Bayern Münxen tamamlayıb.
Türkiyənin “Qalatasaray” komandası 35 milyonla ilk 20-likdə yer alıb.
Siyahının tribuna doluluq nisbətləri, sosial media hesabları, anlıq qarşılıqlı əlaqə və qlobal satışlar əsasında hazırlandığı da qeyd edilib.