Close

"Qarabağ" "Səbail"ə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 30-cu tur start götürəcək.

TNS xəbər verir ki, ilk gündə 1 matç keçiriləcək. Son çempion və hazırkı lider "Qarabağ" autsayder "Səbail"in qonağı olacaq. Oyun saat 19:00-da başlayacaq.

Bu komandalar arasında ilk 3 dövrənin görüşlərində "Qarabağ" 2:1, 3:0 və 5:0 hesabı ilə qalib gəlib.

11 aprel

Azərbaycan Premyer Liqası, 30-cu tur

19:00. “Səbail” – “Qarabağ”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Kamran Bayramov

“ASCO Arena”

12 aprel

17:00. “Turan Tovuz” – “Sabah”

19:15. “Sumqayıt” – “Şamaxı”

13 aprel

17:00. “Kəpəz” – “Araz-Naxçıvan”

19:15. “Neftçi”– “Zirə”