Azərbaycan güləşçisi Avropa çempionu olub
12
23:30 - 09 Aprel 2025

Azərbaycanlı sərbəst güləşçi Giorgi Meşvildişvili Slovakiyanın Bratislava şəhərində keçirilən Avropa çempionatında 125 kq çəki dərəcəsində qızıl medal qazanıb.
TNS "Report"a istinadən xəbər verir ki, finalda Solomon Manaşvilini (Gürcüstan) məğlub edib. Bu, Azərbaycan millisinin yarışdakı ilk qızıl medalıdır.
Daha əvvəl güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc, Osman Nurməhəmmədov (92 kq) isə gümüş medal qazanıblar.