Close

23:50
16 Aprel 2025

ÇL-də 1/4 final başlayır

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi start götürəcək.

TNS xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək.

"Bavariya" Münhendə "İnter"lə qarşılaşacaq. 

Digər oyunda "Arsenal" turnirin son çempionu "Real"ı qəbul edəcək. 

Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, 1/4 finalın cavab oyunları 15 və 16 aprel tarixlərində keçiriləcək.

8 aprel
 
23:00. "Bavariya" (Almaniya) - "İnter" (İtaliya) 

Hakimlər: Sandro Şerer, Stefan de Almeyda, Yonas Erni, Lukas Fendriç (hamısı İsveçrə)

23:00. "Arsenal" (İngiltərə) - "Real" (İspaniya)
 
Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Beljo, Miloş Qiqoviç (hamısı Bosniya və Herseqovina)

9 aprel

23:00. "Barselona" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

23:00. PSJ (Fransa) - "Aston Villa" (İngiltərə)