Close

Ardıcıl 8-ci dəfə çempion oldular

Belqradın “Srvena Zvezda” klubu 2024/2025 mövsümündə vaxtından əvvəl Serbiya çempionu olub. 

TNS xəbər verir ki, bu çempionluq klubun ardıcıl səkkizinci, ümumilikdə isə 36-cı tituludur.

Qırmızı-ağlar 30 tur ərzində 86 xal toplayaraq, ikinci yerdə olan “Partizan”ı 23 xal qabaqlayıb. Bu oyunlarda 106 qol vurub, cəmi 22 qol buraxıblar. Qeyd edək ki, Serbiya Superliqasının cari mövsümünün sonuna komandaların hələ 7 oyunu qalıb.

“Srvena Zvezda” üçün çempionluğu təmin edən oyun 30-cu turda Belqradın OFK komandası ilə keçirilib. Meydan sahibləri bu görüşdə 3:1 hesablı inamlı qələbə qazanıblar.