Close

Milli Hokkey Liqasında yeni rekord

"Vaşinqton Kepitals"ın hücumçusu Aleksandr Oveçkin Milli Hokkey Liqasının (NHL) müntəzəm mövsümündə "Nyu-York Ayleners"ə qarşı oyunda 895-ci qolunu vurub.

TNS-in xəbərinə görə, bununla da o, 894 qol vuran Stenli Kubokunun dördqat qalibi Ueyn Qretskinin rekordunu qırıb.

A.Oveçkin rəqib komandada çıxış edən həmyerlisi İlya Sorokinə qol vurub. Beləliklə, Oveçkin liqanın ən dəqiq snayperləri reytinqinə başçılıq edir.