Mançester derbisi qolsuz başa çatdı

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXI turun oyunları davam edir.
TNS xəbər verir ki, turun mərkəzi görüşü bu gün Mançesterdə baş tutub.
Derbidə iki əzəli rəqib - "Mançester Yunayted" və "Mançester Siti" komandaları üz-üzə gəliblər. "Qırmızı şeytanlar"ın meydanında oynanılan qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
Hazırda "şəhərlilər" 52 xalla 5-ci, "Mançester Yunayted" isə 38 xalla 13-cü sırada yer alıb.
Çempionatın vahid lideri "Liverpul" (73 xal) səfərdə "Fulhem"ə 2:3 hesabı ilə uduzub. Bundan başqa, "Tottenhem" öz meydanında "Sauthempton"u 3:1 hesabı ilə məğlub edib, "Brentford" - "Çelsi" matçında isə qapılara qol vurulmayıb.