48 illik antirekordu təkrarladı
12
15:50 - 04 Aprel 2025

"Tottenhem" İngiltərə Premyer Liqasının 30-cu turunda "Çelsi"yə uduzub - 0:1.
TNS xəbər verir ki, London derbisinin taleyini Enzo Fernandesin 50-ci dəqiqədə vurduğu qol həll edib.
Klub üçün bu məğlubiyyət Premyer Liqanın cari mövsümündə 16-cı olub. Klub bu nəticə ilə 48 ildən sonra antirekorda imza atıb.
"Tottenhem" 34 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Klub aprelin 6-da doğma meydanda "Sauthempton"u qəbul edəcək.