AFFA-da "Barselona" klubunun nümayəndələri ilə görüş oldu

İspaniyanın "Barselona" klubunun Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre, həmçinin klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris Azərbaycana səfər çərçivəsində AFFA-da olublar.
TNS xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, onlar AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə görüşüblər.
Görüş zamanı "Barselona"nın Azərbaycanda açılacaq akademiyası ilə bağlı fikir mübadiləsi aparılıb. İspaniya klubunun nümayəndələri AFFA-nın baş katibinə xatirə hədiyyəsi təqdim ediblər.