Close

18:50
02 Aprel 2025

7 aydan sonra meydana qayıdır

“Barselona”nın uzun müddətdir zədəli olan qapıçısı Mark-andre ter Ştegenin son durumu açıqlanıb.

TNS xəbər verir ki, bu barədə "Dario Sport" məlumat yayıb.

Bildirilib ki, almaniyalı qolkiper artıq məşqlərə başlayıb. O, komandanın ümumi məşqlərində də iştirak edib. Ter Ştegenin aprelin sonuna kimi oynamağa hazır olacağı gözlənilir.

Qeyd edək ki, 32 yaşlı qapıçı ötən ilin sentyabrında dizindən əməliyyat edilmişdi.