Millimizin üzvü 90 dəqiqə oynadı
11
18:09 - 29 Mart 2025

Cənubi Koreya çempionatında 6-cı turun oyunları keçirilir.
TNS xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi "Daejeon" öz meydanında "Qvanqju"nu qəbul edib.
Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Anton Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
6 turdan sonra aktivində 13 xal olan "Daejeon" liderdir.