Bu gün İstanbul derbisi var
7
13:09 - 29 Mart 2025

Türkiyə Superliqasında 29-cu turun oyunları davam edir.
TNS xəbər verir ki, bu gün İstanbul derbisi keçiriləcək. Lider "Qalatasaray" səfərdə "Beşiktaş"ın qonağı olacaq.
Turun mərkəzi oyunu Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Qarşılaşmanı türkiyəli referi Yasin Kol idarə edəcək.
Qeyd edək ki, hazırda "Qalatasaray" 27 oyundan 71 xalla Superliqanın lideridir. "Beşiktaş" isə 44 xalla (26 oyun) 4-cü yerdədir. 2-ci yeri tutan “Fənərbaxça”nın 27 oyundan 65 xalı var.