"Neftçi" - "Araz-Naxçıvan" oyununda qalib bilinmədi - YENİLƏNİB

Qarşılaşma heç-heçə yekunlaşıb - 1:1. 3-cü dəqiqədə Bassala Sambu meydan sahiblərini önə keçirib.
TNS xəbər verir ki, 6-cı dəqiqədə İssuf Paro tarazlığı bərpa edib.
Bu nəticədən sonra xallarının sayını 48-ə.çatdıran Naxçıvan təmsilçisi üçüncü pillədəki mövqeyini qoruyub. "Neftçi" 32 xalla altıncı sıradadır.
16:09
TNS xəbər verir ki, komandalar saat 16:45-də başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:
“Neftçi”: 93. Rza Cəfərov (k) 10. Filip Ozobiç 3. Höccət Haqverdi 19. Azər Salahlı 4. Elvin Camalov 14. Edvin Kuç 99. Ervin Koffi 44. Yuri Matias 24. Mustafa Sek 9. Bassala Sambu 18. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 1. Emil Balayev 30. Rustam Samigullin 17. Rəhman Hacıyev 90. Ramil Şeydayev 13. Emil Səfərov 91. Ağadadaş Salyanski 47. Murad Məmmədov 6. Rafael Quzzo 23. Robert Bauer 22. Dembo Darbo 77. Yeqor Boqomolski 11. Aleks Fernandes
“Araz-Naxçıvan”: 12. Kristian Avram 5. Qara Qarayev 34. Urfan Abbasov (k) 2. Slavik Alxasov 7. Ülvi İsgəndərov 16. Ramon Maçado 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 4. İqor Ribeyro 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 6. Vadim Abdullayev 26. Ömər Buludov 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 11. Bayraməli Qurbanov 71. Sənan Ağalarov 21. Sezar Meza Kolli 8. Karlos Jatoba 9. Əyyub Allaş Baş məşqçi: Elmar B
09:49
"Neftçi" bu gün Azərbaycan Premyer Liqasında "Araz-Naxçıvan"la üz-üzə gələcək.
TNS xəbər verir ki, XXVIII turun oyunu saat 16:45-də start götürəcək.
"Neftçi Arena"dakı qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək. "Ağ-qaralar" 27 turdan sonra 31 xalla altıncı, qonaqlar 47 xalla üçüncü pillədə qərarlaşıb.
Günün ikinci matçında "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Saat 19:00-da başlayacaq görüşün baş hakimi Tural Qurbanov olacaq. "Gənclik şəhəri" təmsilçisi 28 xalla yeddinci, Bakı klubu 35 xalla beşinci sıradadır.
Azərbaycan Premyer Liqası, IV dövr
XXVIII tur
16:45. “Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Rəşad Əhmədov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Neftçi Arena”
19:00. “Sumqayıt” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib.