Close

Baş məşqçi məhkəmə qarşısına çıxacaq

"Real"ın baş məşqçisi Karlo Ançelotti vergidən yayınma işi ilə bağlı məhkəmə qarşısına çıxacaq.

TNS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İtaliyalı mütəxəssis 2014 və 2015-ci illərdə yalnız klubdakı maaşına görə vergi ödəyib. O, əlavə gəlir mənbələri üçün vergi ödəməkdən yayınıb. Borcun ümumi məbləği 1 milyon 62 min avro təşkil edib. Bildirilir ki, Ançelotti 4 il 9 ay müddətinə həbs oluna bilər.

O, aprelin 2-də Madrid məhkəməsinin qarşısına çıxacaq.

Qeyd edək ki, Ançelotti 2021-ci ildən "Real"ı çalışdırır. Mürəxəssis 2013-2015-ci illərdə də bu komandaya baş məşqçilik edib.