Close

19:40
30 Mart 2025

"Sabah"ın futbolçusu üçün mövsüm başa çatdı

"Sabah"ın və Azərbaycan millisinin üzvü Amin Seydiyev əməliyyat olunub.

Bu barədə TNS-ə klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Millinin düşərgəsində zədələnən futbolçuya adduktor əzələ yırtığı diaqnozu qoyulub. O, Türkiyənin İstanbul şəhərində əməliyyat edilib. Klub rəsmisi qeyd edib ki, Seydiyev üçün mövsüm erkən başa çatıb.

Qeyd edək ki, Amin Seydiyev bu mövsüm "Sabah"da 33 oyuna çıxıb, 2 qol vurub. 2 qöl ötürməsi edib.