Close

19:40
30 Mart 2025

"Qarabağ" "Turan Tovuz"a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında sonuncu - 4-cü dövrə start götürəcək.

TNS xəbər verir ki, çempionatdakı 12 günlük fasilə 28-ci turun bu günə nəzərdə tutulan 1 matçı ilə yekunlaşacaq. Lider "Qarabağ" 4-cü pillədəki "Turan Tovuz"la qarşılaşacaq.

Hazırda Ağdam təmsilçisinin aktivində 64, Tovuz klubunun aktivində isə 43 xal var. 

Cari mövsüm Qurban Qurbanovun komandası Kurban Berdıyevin kollektivinin müqavimətini qırmağı bacarmayıb. Bu komandalar arasında 1-ci dövrənin oyununda "Turan Tovuz" 1:0 hesabı ilə qalib gəlib. 2-ci dövrənin matçı heç-heçə ilə bitib. 3-cü dövrənin görüşündə də "Turan Tovuz" üstün olub - 2:1. 

28 mart (cümə)

19:30. “Turan Tovuz” – “Qarabağ”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Tovuz şəhər stadionu