Close

Yoldaşlıq matçına satılan biletlərin sayı açıqlandı

Azərbaycan millisinin bu gün Belarusla keçirəcəyi yoldaşlıq matçına satılan biletlərin sayı açıqlanıb.

Bu barədə TNS-ə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Masazırda yerləşən, 8900 azarkeş tutumuna malik "Bank Respublika Arena"da baş tutacaq görüşə 2000 bilet satılıb.

Qeyd edək ki, Azərbaycan - Belarus matçına saat 21:45-də start veriləcək.