Messi "Barselona"ya nə vaxt qayıdacaq?

"Barselona" keçmiş hücumçusu Lionel Messini geri qaytarmaqda israrlıdır.
TNS xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Kataloniya klubu hazırda "İnter Mayami"də çıxış edən 38 yaşlı futbolçu ilə DÇ-2026-dan sonra müqavilə imzalamağı planlaşdırır. "Barselona"nın stadionu "Kamp Nou"nun təmirinin həmin vaxta qədər başa çatacağı gözlənilir və klub məhz o zaman Messinin transferini açıqlamağa ümid edir. Transfer baş tutsa, hücumçu karyerasını Kataloniya klubunda başa vura bilər ki, bu da Messinin arzularından biridir.
Messi 2023-cü ildən "İnter Mayami"nin oyunçusudur. Onun MLS klubu ilə müqaviləsi 2025-ci ilin dekabrına qədərdir.
Qeyd edək ki, argentinalı futbolçu 2004-2021-ci illərdə "Barselona"da çıxış edib. Ümumilikdə o, İspaniya klubunda 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.