Azərbaycanlı hakim-inspektor Avropa çempionatına təyinat aldı
8
11:33 - 25 Mart 2025

Azərbaycanın futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektoru Elçin Səmədli təyinat alıb.
TNS xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o, Avropa çempionatının əsas mərhələsində 8-ci qrupda keçiriləcək İsveçrə - İngiltərə oyununda hakimlərin işini qiymətləndirəcək.
Qarşılaşma aprelin 15-də Yverdon şəhərində baş tutacaq.