Close

Şahruddin millinin heyətindən çıxarıldı

Şahruddin Məhəmmədəliyev Azərbaycan millisinin heyətindən çıxarılıb.

TNS xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, buna qapıçının zədələnməsi səbəb olub.

Onun əvəzinə “Səbail”in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. “Bank Respublika Arena”da təşkil olunacaq oyun saat 21:45-də başlayacaq.