Close

"Fənərbağça" Edin Cekonun maaşını azaldacaq

"Fənərbağça" Ceko ilə yeni şərtlərlə müqavilə imzalamağa çalışır. Superliqa təmsilçisi kapitanın maaşını azaltmaq istəyir.

TNS "SporX"ə istinadən xəbər verir ki, İstanbul nəhəngi bosniyalı forvardla sözləşmə ilə bağlı danışıqlara başlayıb.

Klub illik 4.2 milyon avro qazanan 39 yaşlı futbolçuya illik 3 milyon avro maaş təklif edəcək.

Qeyd edək ki, Edin Ceko 2023-cü ilin yayından "Fənərbağça"da çıxış edir. Bosniya və Herseqovina millisinin üzvü bu mövsüm Türkiyə təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.