Close

Adını "Ginnesin rekordlar kitabı"na yazdırdı

Kirştianu Ronaldoya "Ginnesin rekordlar kitabı"na düşməsi münasibətilə sertifikat təqdim edilib.

TNS "The Times" nəşrinə istinadla xəbər verir ki, bu sertifikat 40 yaşlı hücumçuya UEFA Millətlər Liqasının 1/4 finalı üzrə Portuqaliya - Niderland (5:2) oyunundan öncə verilib.

Belə ki, Serxio Ramosun rekordunu (131) geridə qoyan Kriştianu Ronaldo milli komandada 132-ci qələbəsini qazanıb.

O, bu nailiyyətə 2003-cü ilin avqustundan 2024-cü ilin noyabrına qədər olan müddətdə nail olub. Portuqaliya millisi sonuncu dəfə ötən il noyabrın 16-da Polşanı məğlub edib (5:1). Sözügedən matçda Ronaldu dubla imza atıb.